Section is not found
Подпишитесь на рассылку и получайте свежие новости и акции нашего магазина.
Section is not found
Section is not found
SimfoniyA dizayn qrupunun təmsilçisi olaraq, biz həm yaşayış evlərinin, mənzillərin, həm də ictimai yerlərin keyfiyyətli təmir və tikintisini həyata keçiririk. Bu keyfiyyətli işi bir çoxu yüksək ixtisasa malik olan öz işinin sənətkarları yerinə yetirir. Xüsusi interyerin dizaynının yaradılmasının birinci mərhələsi layihələndirmədir. Bu mərhələdə təcrübəli ustalar gələcək yerin modelini işləyib hazırlayır, konstruksiya və kommunikasiyaları ölçüb biçir, habelə smeta sənədlərini hazırlayırlar. Otağın, hətta bütün evin necə görünəcəyi barədə düşünməyin əsil vaxtıdır. Adətən müştəriyə seçməsi üçün bir neçə variant təklif olunur.
Uyğun gələn dizaynı seçdikdən sonra biz işə başlayırıq. Bizim işimiz üç əsas mərhələdən ibarətdir. Birinci mərhələdə santexnika, döşəmə üstü örtük, elektrik xətlərinin çəkilməsi, suvaq və alçı ilə bağlı işlər aparılır. Sonra santexniki qovşağın təmir işləri yerinə yetirilir, kafel və metlax qoyulur. Üçüncü mərhələdə isə müştərinin zövqünə və istəyinə uyğun olaraq qapılar seçilib qoyulur, divar kağızları yapışdırılır. SimfoniyA dizayn qrupunun yüksək ixtisaslı mütəxəssisləri mənzilin interyerini seçməkdə sizə yardımçı ola bilər. Firmamız bütün görülmüş işlərə zəmanət verir və hər hansı qüsur və çatışmazlıq olan halda biz ən qısa müddətdə onları aradan qaldırmağa hazırıq.
"SimfoniyA" şirkəti ilə işləməklə, Siz öz dizayn arzularınızı həyata keçirmiş olarsınız!