Section is not found
Подпишитесь на рассылку и получайте свежие новости и акции нашего магазина.
Section is not found
Section is not found

"SimfoniyA" dizayn qrupunun təmsilçisi olan şirkət əməkdaşları dizayn sahəsində profil təhsilə malikdir və müasir memarların, mühəndislərin və dizaynerlərin fəaliyyətini daim tədqiq edir və təkmilləşdirirlər. Bir komandada müxtəlif mütəxəssislərin birləşməsi şirkətimizə kompleks qərarlar işləyib hazırlamaq və layihə üzərində işin bütün mərhələlərində iştirak etmək imkanı verir.Biz hər bir konkret məsələ üçün fərdi və peşəkar baxımdan savadlı həll yolu tapmağa çalışırıq.
Xırdalıqlara diqqət yetirmək və sifarişçi ilə tandemdə işləyərək biz bir tipli layihələr konveyerindən düşməmiş, ətraf mühitə ahəngdar şəkildə daxil edilmiş, ev sahiblərinin yaşayışı üçün rahat planlama ssenarisi olan, həm ev sahibini, həm də memarı qane edən maraqlı və keyfiyyətli layihə almaqda maraqlıyıq.
Biz konsepsiyaların, eskiz və işçi memarlıq və dizayn – layihələrinin layihələşdirilməsi və işlənib hazırlanması sahəsində xidmətlərimizi təklif edirik:
· fərdi yaşayış evləri
· kiçik mərtəbəli ictimai binalar
· kiçik memarlıq formaları
· mənzillərin, xüsusi evlərin interyer dizaynı
· landşaft dizaynı, ətraf ərazinin abadlaşdırılması və yaşıllaşdırma
· ictimai yerlərin (kafe, mağazalar və s.) interyer dizaynı
Məhz bizim şirkətimizlə işləməklə, Siz öz dizayn arzularınızı həyata keçirmiş olarsınız!
